Bu ölkələrdə neft dövrünün bitəcəyini proqnozlaşdırır

Bu ölkələrdə neft dövrünün bitəcəyini proqnozlaşdırır Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) yaxın 5 ildə inkişaf etmiş ölkələrdə gündəlik neft hasilatının 1,1 mln. barel azalacağını proqnozlaşdırır

Bu proqnoz OPEC-in dərc etdiyi "World Oil Outlook" (WOO) hesabatında verilib.

Qeyd olunur ki, 2025-ci ilədək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (The Organisation for Economic Co-operation and Development – OECD) ölkələrində neftə olan gündəlik tələbat 1,1 mln. azalacaq. 2045-ci ilə qədər olan dövrdə isə bu ölkələrdə neftə olan tələbat gündəlik 13 mln. barel azalaraq 34,8 mln. barelə enə bilər.

OECD ölkələrində nəqliyyat sektorunun inkişafı pik həddə çatıb və bu səbəbdən artım perspektivi yoxdur. Neft istehlakında yavaşlamanın digər bir səbəbi isə iqlim dəyişikliyi siyasətləri və texnoloji inkişaflar olacaq ki, bu da, öz növbəsində, karbohidrogendən alınan yanacaqların istifadəsini ekoloji daha təmiz yanacaqlarla əvəz olunmasına gətirib çıxaracaq. Belə ki, Avropada avtomobil satışları 2019-cu illə müqayisədə 40%, ABŞ-da 32%, Yaponiyada 20% azalıb. Eyni zamanda, elektrikli nəqliyyat vasitələrinin payı artmaqdadır.

Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə 2025-ci ilədək gündəlik neft istehlakı 5 mln. barel artaraq 56,9 mln. barelə çatacaq ki, bu da böhrandan əvvəlki səviyyəni (51,8 mln. barel) xeyli üstələyəcək.

Uzunmüddətli perspektivdə isə – 2045-ci ilədək – bu ölkələrdə neftə olan gündəlik tələbatın 2,5 mln. barel artaraq 74,3 mln. barelə çatacağı gözlənilir.

2025-ci ilədək neftə olan gündəlik tələbat ən çox Çində (1,4 mln. barel), Hindistanda (1 mln. barel) və digər Asiya ölkələrində (0,9 mln. barel) artacaq

İqtisadiyyat   Baxılıb: 1028   Tarix: 2020-10-09



DİGƏR MARAQLI XƏBƏRLƏR