Bu şəxslər üçün əməhaqqı hesablananda gəlir vergisi azaldıldı

Bu şəxslər üçün əməhaqqı hesablananda gəlir vergisi azaldıldı Milli Məclisin plenar iclasına Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib..

Dəyişikliklə daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə azadolma məbləği 100 manatdır.
İqtisadiyyat   Baxılıb: 1346   Tarix: 2020-10-07



DİGƏR MARAQLI XƏBƏRLƏR