Bundan sonra dövriyyədə kağız deyil, rəqəmsal ABŞ dolları olacaq

Bundan sonra dövriyyədə kağız deyil, rəqəmsal ABŞ dolları olacaq Federal Ehtiyat Sisteminin rəhbəri Jerom Powell-in sözlərinə görə ABŞ- da "rəqəmsal pul" dövriyyəyə buraxıla bilər.

O müvafiq açıqlamanı Amerikanın CBS televiziya kanalının 17 may 2020-ci il tarixli 60 dəqiqəlik proqramında iştirak edərkən söyləmişdir. "ABŞ iqtisadiyyatının bərpa edilməsi üçün o qədər pula ehtiyacı var ki, tənzimləyici yeni ABŞ dollarının bir hissəsini "yalnız elektron hesablardakı qeydlər şəklində" buraxmaq niyyətindədir" deyə Powell açıqlama verib.

Bu açıqlama ABŞ mərkəzi bankının blockchain-də "rəqəmsal dollar" anlayışını inkişaf etdirərək öz sürətli pul köçürmələri sisteminin modernləşdirilməsini dayandırdığını təsdiqlədikdən sonra edilmişdir.

Məlumat üçün qeyd edək ki, hələ 2020-ci ilin əvvəlində Jerome Powell, ABŞ Federal Ehtiyat Mərkəz bankı üçün rəqəmsal bir valyuta üzərində çalışdığını açıqlamışdı. 2020-ci ilin mart ayının sonunda Digital Dollar Foundation ABŞ Mərkəzi Bankının rəqəmsal valyutasının yaradılması üçün zəmini inkişaf etdirməyə kömək edəcək 22 üzvdən ibarət məsləhət qrupunun yaradıldığını elan etdi. Fond rəqəmsal dolların potensial istifadəsini araşdırmaq niyyətini açıq aşkar bildirməkdədir .

Qeyri Hökümət Təşkilatı (QHT) olan Digital Dollar Foundation   Ticarət Gələcəkləri Ticarət Komissiyasının (CFTC) keçmiş sədri J. Kristofer Giancarlo (J. Christopher Giancarlo) və Accenture's kompaniyası tərəfindən 2020-ci ilin əvvəllərində yaradılmışdır. Fond artıq bir sıra ölkələrin mərkəzi bankları ilə, o cümlədən Kanada , Sinqapur Pullların İdarə edilməsi Təşkilatı, Avropa Mərkəzi Bankı və Riksbank ilə işləmişdir.

İqtisadiyyat   Baxılıb: 1355   Tarix: 2020-05-23



DİGƏR MARAQLI XƏBƏRLƏR