COVID 19 olmasına baxmayaraq bu il fəaliyyətini dayandıran hava yolları ötən ildəkindən azdır

COVID 19 olmasına baxmayaraq bu il fəaliyyətini dayandıran hava yolları ötən ildəkindən azdır Cari ilin əvvəlindən etibarən dünyada 43 hava yolu şirkəti fəaliyyətini tam və ya müvəqqəti dayandırıb.

Ötən il belə şirkətlərin sayı 46, 2018-ci ildə isə 56 olub.

Ekspertlərin qənaətincə, bu ilin daha məqbul statistikası hazırkı koronavirus pandemiyası ilə bağlı hökumətlər tərəfindən görülən dəstək tədbirlərilə bağlıdır.

Bununla belə “Cirium” şirkətinin məsləhət xidmətinin rəhbəri Rob Morris ilin sonuna dair bədbin gözləntilərinin olduğunu bildirib.

“Təyyarə şirkətləri daha çox ilin son aylarında fəaliyyətini dayandırır”, - deyən ekspert sektorda gəlirin böyük hissəsi ilin ikinci-üçüncü rübündə əldə edildiyi üçün birinci və dördüncü rübün daha çətin keçdiyini diqqətə çatdırıb.

Həmçinin 10 və daha çox təyyarə sahibi olan hava yollarının pandemiyadan daha çox ziyan çəkdiyi üçün istifadəsiz qalan təyyarə sayı bu il artıb. Belə ki, 2018-ci ildə 406, ötən il 431-ə qarşı cari ildə belə təyyarələrin sayı 485 olub.

İqtisadiyyat   Baxılıb: 1030   Tarix: 2020-10-09



DİGƏR MARAQLI XƏBƏRLƏR