Çimərliklər qadağadan itirdiklərini vətəndaşlardan çıxacaqlar

Çimərliklər qadağadan itirdiklərini vətəndaşlardan çıxacaqlar Çimərlik mövsümü iyunun 15-dən açıldığı üçün Bakının çimərliklərində hazırlığa başlanılıb.

Xatırladaq ki, mayın 26-da çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib. 

Belə ki, göstərişlərə üzgüçülük hovuzları və akvaparkların girişləri termometrlə təmin edilməli, simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır.

Eyni zamanda fiziki məsafənin qorunması da nəzərdə tutulub.

Göstərişlərə görə, çimərlik və hovuzlarda quraşdırlacaq çətirlərin oxlarının arasında minimal məsafə 4m, insanlararası fiziki məsafə isə ailə üzvləri istisna olmaqla 2 metr olmalıdır.

Çimərlik sahiblərinin ümumi fikri budur ki, çətirlərarası məsafənin 4, insanlararası məsafənin isə 2 metr olması adam tutumunu azaldacaq. Bu isə qiymətin bahalaşması ilə nəticələnə bilər

İqtisadiyyat   Baxılıb: 1036   Tarix: 2020-06-08



DİGƏR MARAQLI XƏBƏRLƏR