Çin antiinhisar qurumu Ant Group-a işlərini yenidən qur xəbərdarlığı
Çin tənzimləyiciləri, Ant Group-dan (milyarder Jack Ma-ya məxsus) yalnız bir ödəmə operatoru olaraq işləməsini tələb etdi.
Belə bir açıqlama Çin tənzimləyicilərinin bu mövzuda Xalq Bankı, Çin Bankçılıq və Sığorta Tənzimləmə Komissiyası (CBIRC), Çin Qiymətli Kağızlar Tənzimləmə Komissiyası (CSRC), Dövlət Pul Vəsidi (SAFE) və Ant Group rəhbərliyi ilə görüşməsinin nəticəsidir.
Xatırladaq ki, bir neşə gün bundan əvvəl isə Antiinhisar idarəsi milyarder Jack Ma-ya məxsus Alibaba şirkəti ilə bağlı araşdırma aparmağa başlamışdı. Şirkət bu platformada çıxış edən malsatanlar qarşısında başqa platformalarla əməkdaşlıq etməmək kimi monopolist şərtin qoyulmasında günahlandırılırdı.
İqtisadiyyat
Baxılıb: 1038 Tarix: 2020-12-28