Çin iqtisadiyyatının canlandırılmasından Avropa daha çox faydalanır

Çin iqtisadiyyatının canlandırılmasından Avropa daha çox faydalanır Getdikcə daha çox Avropa şirkəti Çin bazarının sürətlə bərpa edilməsindən faydalanır. Öz növbəsində Çin də Avropa Birliyinin iqtisadiyyatını normal vəziyyətə qaytarmaq üçün onu qarşılıqlı olaraq dəstəkləməkdə getdikcə daha çox rol oynayır.

Avropa Birliyinin statistik ofisi olan Eurostat, 2020-ci ildə Çinin AB-nin əsas ticarət tərəfdaşı olduğunu açıqlamışdı. 

Mütəxəsslərin fikrincə, ticarət həcmlərinin davamlı artımının iki meyli var. Belə ki, bir tərəfdən 2020-ci ilin ikinci rübündə Çindəki iqtisadi canlanma, xüsusilə avtomobil və lüks mallar sənayesindən Avropa mallarına sabit bir tələb yaratdı. Digər tərəfdən isə Avropadakı uzun lokdaunlar, karantinlər Çində istehsal olunan elektronik məhsullara, istehlak mallarına və tibbi məhsullara böyük tələbat yaratdığını.

maşın, nəqliyyat vasitəsi və avtomobil hissələri, elektron cihazlar və kimyəvi məhsullar ixrac edən Alman şirkətləri üçün Çin əhəmiyyətli bir yer olaraq qalır. Bu mənada Avropalılar üçün Çin bazarının potensialı hələ də böyükdür.

İqtisadiyyat   Baxılıb: 1069   Tarix: 2021-02-26



DİGƏR MARAQLI XƏBƏRLƏR