Deputata məxsus “Porsche” ilə piyadanı vuran sürücü MƏHKƏMƏDƏ

Deputata məxsus “Porsche” ilə piyadanı vuran sürücü MƏHKƏMƏDƏ “Porsche Cayenne GTS” markalı avtomobil deputat Cavanşir Feyziyevin adınadır.

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.
 
İlkin araşdırmalar zamanı ölən qadının, 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşib. Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu cinayət məsuliyyətinə cəlb edilib.
 Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

http://news.lent.az

Kriminal   Baxılıb: 1061   Tarix: 2019-04-20



DİGƏR MARAQLI XƏBƏRLƏR