Doğum evlərində körpələrə qoyulan qan qrupları səhv çıxır? – ŞOK FAKTLAR (Araşdırma)

Doğum evlərində körpələrə qoyulan qan qrupları səhv çıxır? – ŞOK FAKTLAR (Araşdırma) Hər bir uşaq doğulanda ilk saatlarda ondan müəyyən analizlər götürülür və ilk növbədə qan qrupu təyin edilir və doğum evində açılan tibbi kitabçaya qeyd olunur.

Medicina.az-a övladının qan qrupunun ASAN Xidmətdə analizdə ayrı qrup olduğunu öyrənən pasiyentin başına gələnlər brədə geniş yazı yayımlayıb.

Elmira Piriyeva 2018-ci ildə paytaxtdakı məşhur özəl klinikalardan birində (Klinikanın adı redaksiyamıza bəlli olsa da, adının yazılmasını məqsədəuyğun hesab etmirik – red.) ana olub. Onun qızına həmin klinikada II+ qrup qan qeyd olunub. Bu ilin aprel ayında ASAN Xidmətə körpəyə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə elə oradaca  alınmış qan analizində uşağa III+ qan qrupu yazılıb. Bu nəticəni gözləməyən ana nə edəcəyini bilməyib.

Məsələ ilə bağlı ASAN xidmətdən bildirdilər ki, burda səhvlikdən söhbət gedə bilməz və yalnız öz analiz nəticələrinə cavabdehdir. Asan Xidmətdəki cavab daha dəqiqdir, çünki burada səhv edilməsi mümkünsüzdür:

“Mən bu məsələ ilə bağlı uşağın dünyaya gəldiyi klinikanın laboratoriya şöbəsinin rəhbərinə zəng etdim, dedilər belə bir şey ola bilməz. Gəlin, pulsuz bir daha analiz edək. Səhv çıxsa, o zaman bu məsələni araşdıracağıq. Daha sonra poliklinikada sahə həkiminə də bu barədə dedim. O dedi ki, belə hallarla çox rastlaşmışıq. Gedin yenidən istədiyiniz laboratoriyada analiz verin, arayışla gəlin, yeni tibbi kart açaq".

http://azpolitika.info

Medicina.az-ın əməkdaşı yenidoğulmuşlarda rezus faktorun yanlış analiz olunub-olunmaması barədə respublikanın baş pediatrı Nəsib Quliyevin fikirlərini öyrənib. Baş pediatr az da olsa belə səhvlərin ola biləcəyini istisna etməyib:

” Doğum evlərində qan qarışmır, heç kim başqasının qanını digərinə qatmır. Burda gecə doğum oldu, tələsik oldu kimi faktlar rol oynamır. Sadəcə körpə doğulanda ilk saatlarda göbək ciyəsi ilə ananın qanının antitelləri uşağın qanına qarışa bilir və fərq də burdan yaranır. Əgər ilk 2 saatda qan nümunəsi göbək qanından götürülübsə, burda səhv riski də çox olur. Lakin doğum evlərində qan qrupunun təyinin öz mərhələli qaydaları var. Uşaq doğum evində 2-3 gün qalır. Körpədən sonrakı günlər də qan alınmalıdır, o zaman cavab dəqiq olacaq. O xanım övladı ilə bağlı uyğunsuzluq aşkarlayıbsa, bunu yalnız uşağın doğulduğu klinika ilə araşdırmalıdır. Çünki bir hadisənin fərqli səbəbləri ola bilər. Mən bilmirəm o klinikada hansı şəraitdə, necə analiz ediblər. İlk növbədə aydınlaşdırsınlar ki, qan hansı saatda, göbək ciyəsindən, ya manual götürülüb?”

Sağlamlıq   Baxılıb: 1389   Tarix: 2019-04-27



DİGƏR MARAQLI XƏBƏRLƏR