Dünyanın prestijli bankları işçi ixtisarını son 5 ildə maksimum şəkildə həyata keçirir

Dünyanın prestijli bankları işçi ixtisarını son 5 ildə maksimum şəkildə həyata keçirir Bloomberg, öz hesablamalarına istinad edərək yazır ki, dünya bankları bu il pandemiyanın biznesə təzyiqləri altında beş ildə işçi ixtisarını maksimum şəkildə həyata keçirtmişdir.

Bu, 2015-ci ildən bəri işdənçıxarmalarda pik nöqtədir. Belə ki,bir neçə iri kredit təşkilatının ciddi şəkildə yenidən qurulması 91.448 nəfərin ixtisarını qaşılmaz edirdi. 2019-cu ildə banklar 79,5 min işçinin ixtisar olunduğunu bildirmişdilər. 

Bu il əsas heyət azalmaları Avropadakı kredit təşkilatlarını, ardıyca isə Asiya-Pasifik bölgəsi (APR) və Şimali Amerika banklarını əhatə edir. Belə ki, Avropa bankları 68.82 min iş yerinin, Asiya-Sakit okean bölgəsində 9.33 min, Şimali Amerikada 5.96 min nəfərin ixtisar etmişir. 

EHollandiyalı ABN Amro Bank və İspaniyanın Banco de Sabadell, işçilərin ixtisarını elan edən son banklardır. İki bank birlikdə 4.6 min nəfəri işdən çıxarmağı planlaşdırırlar. Nəticə olaraq, bu il dünyada bank işçilərində planlaşdırılmış azaltma sayı 85,54 minə çatıb.

Bu təlatümlər fonunda isə Latın Amerikası və Afrikadakı banklar hələlik ən az təsir görən banklar sırasındadır.

 

İqtisadiyyat   Baxılıb: 1041   Tarix: 2020-12-03



DİGƏR MARAQLI XƏBƏRLƏR