EasyJet aviaşorkəti ilk dəfə ili zərərlə başa vurur

EasyJet aviaşorkəti ilk dəfə ili zərərlə başa vurur Böyük Britaniyanın “EasyJet” azqiymətli hava yolu şirkəti koronavirus pandemiyası nəticəsində cari ili 845 milyon funtluq zərərlə başa vurur.

Şirkətin baş direktoru Yohan Lundqren pandemiya nəticəsində hava nəqliyyatın “tarixində ən ciddi təhlükə” ilə üzləşdiyini qeyd edərək hökuməti qarşıdakı iqtisadi dirçəliş dövründə hava yolu şirkətləri üçün müvafiq dəstək zərfi qəbul etməyə çağırıb.

Qeyd edək ki, ilk dəfə olaraq ili zərərlə başa vuran “EasyJet” Avropanın ən iri hava yolu şirkətlərindən olub ötən il 96 milyon sərnişin daşıyıb. Böyük Britaniyada karantin məhdudiyyətləri tətbiq ediləndən sonra əksər reysləri dayandırmalı olan şirkət iyunun 15-dən etibarən bir sıra daxili xətlərini yenidən bərpa edib

İqtisadiyyat   Baxılıb: 1030   Tarix: 2020-10-09



DİGƏR MARAQLI XƏBƏRLƏR