Əhalinin gəliri inflyasiyanı üstələyibmi?

Əhalinin gəliri inflyasiyanı üstələyibmi? Son bir ildə qiymət artımı necə olub və əhalinin gəliri inflyasiyanı üstələyibmi sualı aktuallıq kəsb edib.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bu ilin 8 ayının sosial-iqtisadi göstəricilərini Dövlət Statistika Komitəsinin dərc etdiyini xatırladaraq bildirib ki, gözlənildiyi kimi pandemiya şəraiti və dünya bazarında baş verən böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. 

O, iqtisadi azalmanın əhalinin sosial vəziyyətinə təsir etdiyini inkar etmir:

“Bir tərəfdən baxdıqda bu ilin 8 ayı ərzində əhalinin nominal gəlirləri 0.1 faiz artsa da, amma inflyasiyanın 2.9 faiz olması o deməkdir ki, əhalinin sosial durumuna mənfi təsir etməyə başlayıb. Bu mənzərəni kompensasiya etmək üçün dövlətin çoxçeşidli proqramları işə düşüb. Yəni il ərazində dövlət 5 milyondan çox insanı əhatə edən sosial dəstək proqramı həyata keçirib. Bu baxımdan sosial iş yerlərinin açılması, işsiz qalan, yaxud pandemiyanın təsir etdiyi insanlara birdəfəlik sosial ödənişlərin edilməsi.”
İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli isə Azadlıq Radiosuna mövzu ilə bağlı açıqlamasında təəssüflənib ki, Azərbaycanda rəsmi statistika məlumatları ilə əhalinin gördüyü arasında kifayət qədər fərq olur, ən azı üç dəfə

İqtisadiyyat   Baxılıb: 1020   Tarix: 2020-10-07



DİGƏR MARAQLI XƏBƏRLƏR