Elektriklə işləyən Fiat 500 alanın 6 bin 600 Avrosunu dövlət geri qaytaracaq

Elektriklə işləyən Fiat 500 alanın 6 bin 600 Avrosunu dövlət geri qaytaracaq Fiat Chrysler'in yeni elektrikli Fiat 500 modelinin (BEV) İtaliyada satış qiyməti 19,900 avro olaraq təyin olundu. İtaliya hökuməti bu qiymətin 6600 avrounu özü ödəyəcək.

Fiat Chrysler, çoxdan gözlənilən Fiat 500 elektrik versiyasını ilk dəfə bu həftə sonu Milanda təqdim edəcək. 

Fiat Chrysler CMO Olivier Francois, digər versiyaların 23.700 avro və 25.200 avroya satılacağını söylədi.

Fiat 500 BEV-in ən ucuz versiyasının məsafəsi 185 km, digər versiyalarının mənzili 320 km-dir.

Yeni 500 BEV, Fiat-ın 2018-ci ildə elan etdiyi 5 milyard dollarlıq elektrikli avtomobil investisiya planının ən vacib hissəsi kimi önə çıxır.

İqtisadiyyat   Baxılıb: 1071   Tarix: 2020-10-23



DİGƏR MARAQLI XƏBƏRLƏR