Elitstar Cəmilə deputat olmaq istəyir, vəd də verib: Sizi ağ günə çıxardacam

Elitstar Cəmilə deputat olmaq istəyir, vəd də verib: Sizi ağ günə çıxardacam Deputat olmaq qərarına gəlmişəm.

Artıq təcrübəm, yaşım buna imkan verir. Çünki hazırda müğənnilər pərakəndədir. İndi hər kəs özü yazır, özü işinin dalınca qaçır. Kimi sponsor tapır, kimisi də tapmır. Amma çox savadlı aparıcı və müğənnilərimiz var ki, onlar bir kənarda qalıblar. Qərara gəldim ki, deputat seçilsəm, şəxsən həmin insanlara dəstək olacam. Mənə səs verin, səs verin ki, seçilim, sizlərə dəstək olum. Mən seçiləndən sonra istedadı olanlar irəlidə olacaq. Müğənnilər indi çox pərakəndə olublar. Onları bir araya yığmalıyam, konsertlər təşkil etməliyəm. İndi hamısı toy bazarındadır. Toy üçün yaşamaq lazım deyil. Deputat olmağım üçün rəsmi müraciətlər etməyə hazırlaşıram. Düz 5 il Moskvada ali təhsil almışam, daha sonra vokal təhsilim olub. Yəni mən iş xanımı olmaq üçü yaranmışam. Mən seçilsəm, səsi olanlar ağ günə çıxacaq.

https://qaynarinfo.az

Şou-biznes   Baxılıb: 1095   Tarix: 2019-05-15



DİGƏR MARAQLI XƏBƏRLƏR