Əmanətçilərə verilən möhürsüz çıxarışların hüquqi qüvvəsi varmı?

Əmanətçilərə verilən möhürsüz çıxarışların hüquqi qüvvəsi varmı? "AtaBank”ın Mingəçevir filialından verilən hesabdan çıxarışlar möhürsüzdür. Bank əməkdaşları buna səbəb kimi möhürün əllərindən alınmasını bildirirlər.

Əgər hesabdan çıxarışlar möhürsüzdürsə, onda bu sənədin hüquqi qüvvəsi varmı?

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı açıqlamasında bildirib ki, Mərkəzi Bank bu məsələdə ya unutqanlıq edib, ya da praktikada nəzərdən qaçıb: 
"Birincisi, lisensiyası ləvg edilibsə, möhürdən istifadə edə bilməzlər. İkincisi, Mərkəzi Bank, yaxud da kənardan təyin olunan inzibatçı müvvəqqəti hər hansı təsdiqedici səlahiyyət verilməliydi. Yəni, sabah hər hansı formada şübhə, qarşılıqlıq yaranmasın deyə həmin çıxarışların hüquqi əsası yaranması üçün əlavə göstərişlər, yaxud da qaydaların tətbiqi üçün Mərkəzi Bank tərəfindən müəyyən bir addım atılmalı idi. Möhürün vurulmamasını anlamaq olar. Doğrudanda lisenziya ləvg olunubsa, "AtaBank” hüquqi şəxs kimi qüvvədən düşüb. Onun möhürinin də bir təsiri yoxdur. Amma ödənişlərin hər hansı kassamədaxil və yaxud məxaric orderlərinin təsdiqi üçün müvvəqqəti də olsa, bir qərar verilməli idi. Mənə elə gəlir ki, Mərkəzi Bank ya unudub, ya da praktikada nəzərdən qaçırılıb”.

Natiq Cəfərli qeyd edib ki, belə bir qaydanın indi tətbiq olunmasında yarar var: 

"Sonradan həm vətəndaşlar, həm də digər hüqiqi-fiziki şəxslər tərəfindən iddialar səsləndirilə bilər. Yaxud da bankın filialları tərəfindən iddialar səsləndirilə bilər ki, kimlərəsə ödəniş edilib, amma bunun təsdiqedici sənəd kimi qəbul olunması üçün Mərkəzi Bank, yaxud da inzibatçı tərəfindən belə qaydaların təsdiq olunmasına müvvəqqəti hər hansı sənəd formasına ehtiyac var. Fikrimcə, bu məsələni Mərkəzi Bank diqqətdə saxlamalıdır”. (ekonews.az)

İqtisadiyyat   Baxılıb: 1046   Tarix: 2020-05-30



DİGƏR MARAQLI XƏBƏRLƏR