Ericsson, İsveçdən gedə biləcəyini açıqladı

Ericsson, İsveçdən gedə biləcəyini açıqladı Bu gün dünyada 5G avadanlığının əsas istehsalçıları Huawei, Ericsson və Nokia-dır.

Çinin Huawei şirkətinə edilən təzyiq, qalan iki firma üçün rəqabət üstünlüyü təmin edir. Lakin Ericsson CEO'su Berje Ekholm İsveçin Ticarət naziri Ann Linde'ye müraciət edərək ölkənin səlahiyyətlilərinin Huawei'ye qarşı təzyiqlərini dayandırmayacağı təqdirdə Ericsson şirkətinin İsveç bazarını tərk edəcəyini söyləmişdir.

Ericsson rəhbərinin açıqlamasına cavab olaraq İsveç Ticarət Naziri, ölkənin İsveç Müdafiə Nazirliyinin tövsiyələri əsasında qərar verildiyi üçün Huawei-yə qoyulan qadağanı ləğv edə bilməyəcəyini açıqlayıb.

Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə İsveç Poçt və Telekommunikasiya Agentliyi (PTS) İsveç 5G şəbəkəsinin qurulması üçün Çin telekommunikasiya nəhəngləri Huawei və ZTE-nin avadanlıqlarının istifadəsinə qadağa elan etmişdri. Ölkə səlahiyyətliləri Çinin İsveçə qarşı casusluq fəaliyyətinin artmasından narahat idilər, bununla əlaqədar ÇXR hökuməti ilə sıx əlaqədə olan Çin şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılmasına qərar verilmişdir. 

Daha sonra Çinli səlahiyyətlilər, AB-nin ABŞ və Böyük Britaniyadan nümunə götürərək, Huawei-ni birlik ölkələrindəki 5G mobil şəbəkəsinə girişdən məhrum edəcəyi təqdirdə, Avropa telekommunikasiya nəhənglərinə - Finlandiya Nokia və İsveç Ericsson-a məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcəkləri açıqlamasını vermişdir.

Texnologiya   Baxılıb: 1026   Tarix: 2021-01-05



DİGƏR MARAQLI XƏBƏRLƏR