Ərindən boşnan qadın özünü səkkizinci mərtəbədən atdı

Ərindən boşnan qadın özünü səkkizinci mərtəbədən atdı Bakının Nizami rayonunda gənc ana intihar edib.

Bu barədə Nizami rayon Polis İdarəsi məlumat verib.

Məlumata görə, 30 yaşlı Heydərova Leyla Emin qızı mayın 11-də 07:00 radələrində rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının səkkizinci mərtəbəsindən özünü atıb.

İntihardan əvvəl L.Heydərova iki azyaşlı uşağını keçmiş qayınanasının yanına aparıb. Daha sonra evə qayıdıb və özünə qəsd edib. Qadının bu yaxınlarda ərindən boşandığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.

https://oxu.az

Kriminal   Baxılıb: 29   Tarix: 2019-05-13



DİGƏR MARAQLI XƏBƏRLƏR