Fevralın 17-dən Rusiya və Azərbaycan arasında hava əlaqəsi rəsmən bərpa edilir

Fevralın 17-dən Rusiya və Azərbaycan arasında hava əlaqəsi rəsmən bərpa edilir Müvafiq qərar fevralın 3-də Rusiya Federasiyası hökuməti tərəfindən qəbul edilib.

Ölkələrin aviaşirkətləri həftə ərzində iki dəfə reys təşkil etmək imkanı qazanıblar. Rusiyanın "Aeroflot" şirkəti ötən həftə bildirib ki, fevralın 17-dən Bakıya həftədə iki reys təşkil etməyi planlaşdırır.

Bu halda hazırda turistlər üçün Azərbaycana giriş bağlanıb. Ölkəyə giriş imkanlarına yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkədə iş icazəsinə və ya yaşamaq üçün sənədə malik olan əcnəbilər, həmçinin tələbələr malikdirlər.

Vətəndaşların bütün kateqoriyaları iki həftəlik karantin rejimindən keçməli olacaqlar.

İqtisadiyyat   Baxılıb: 1029   Tarix: 2021-02-15



DİGƏR MARAQLI XƏBƏRLƏR