Fransa prezidentindən avtomobil sənayesinə 8 milyard avro dəstək

Fransa prezidentindən avtomobil sənayesinə 8 milyard avro dəstək Fransa prezidenti Emmanuel Macron, yeni növ korona virusunun (Covid-19) epidemiyasından təsirlənmiş avtomobil sənayesinə 8 milyard avro dəstək verəcəyini bildirdi.

Eektrikli nəqliyyat vasitələri alan insanlara 7.000 avro, şirkətlər' 5.000 avro, hibrid nəqliyyat vasitələri üçün 2.000 avro endirim ediləcəyi haqda məlumatı Macron mətbuat konfransında açıqladı.

Prezident Makron, Fransanın hər il 1 milyon elektrik, hibrid və təkrar doldurulan maşın istehsal etməsini və 2025-ci ilə qədər Avropada ən çox nəqliyyat vasitəsi istehsal edən ölkə olmasını istədiklərini söylədi.
Renault avtombil istehsalı şirkətinin elektrikli nəqliyyat vasitələri üçün mühərriklər istehsal edəcəyini bildirən Macron, epidemiya mənfi təsir göstərən Renault-a 5 milyard avro maddi yardım göstərilməsinin qərara alınacağını söylədi.

İqtisadiyyat   Baxılıb: 1037   Tarix: 2020-05-27



DİGƏR MARAQLI XƏBƏRLƏR