Gömrükdə nə baş verir?

Gömrükdə nə baş verir? Bugünlərdə Gürcüstandan Azərbaycana avtomobil gətirən şəxslərdən biri gömrükdə üzləşdiyi problemlərlə bağlı "Hürriyyət"ə ətraflı məlumat verib.

Dövlət Gömrük Komitəsinin saytında gömrük kalkulyatorunda 2012-ci ilin Cənubi Koreya istehsalı, mühərrək həcmi 1800 kubsantimetr olan "Hyundai Elantra" markalı minik avtobolinə görə 6580 manat 56 qəpik rüsum ödəməlidir. 
     - 540 manat aksiz vergisinə, 
     - 3672 manat mühərrikin həcminə, 
     - 60 manatı əməliyyat haqqına, 
     - 30 manatı vəsiqə haqqına, 
     - 2243 manat 16 qəpik ƏDV, 30 manatı elektron xidmətə, 
     - 50 manat 40 qəpik isə elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV üçün tələb olunur. 
Beləliklə, "Gürcüstandan 8160 manata alacağım maşına görə gömrükdə 6580 manat rüsum alacaqlar. Avtomobil 14740 manata başa gəlməli idi.

Təəssüf ki, vətəndaşın gözləntiləri heç də özünü doğrultmayıb. Belə ki, onun iddiasına görə, şəxsi istifadəsi üçün əldə etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları kalkulyatorda göstərildiyi qədər, yəni 6580 manat deyil, 7500 manata yaxın vəsait tələb ediblər. Yəni, Gömrük kalkulyatorunda:

      -   maşına görə 2243 manat 16 qəpik ƏDV qeyd olunur, faktiki alırlar  2547 manat 90 qəpik ƏDV ödəməli oldum. 
      -   mühərrikin işçi həcminə görə 3672 manat rüsum qeyd olunur, faktiki alırlar 4337 manat 89 qəpik

"Gömrük kalkulyatorunda öz əksini tapmayan uyğunluq sertifikatına görə 52 manat,  Komitəsinin "Azərterminalkompleks" Birliyinin hesabına bir dəfə 9 manat 20 qəpik, sonra isə 40 manat ödədim. Maraqlısı odur ki, qəbzdə Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin hesabına ödəmiş olduğum məbləğin təyinatına dair heç bir məlumat yoxdur. Bundan başqa, Dövlət Gömrük Komitəsinin "Meyvəli" bazarının yaxınlığında yerləşən Avtonəqliyyat Terminalına 2 günlük qaraj pulu üçün 20 manat, terminalın ərazisinə daxil olarkən isə 50 manat ödədim. Bununla bağlı verilən qəbzlərdə isə nə imza, nə də möhür var".

Eyni hadisə bir neçə il əvvəl tanınmış vəkil Bəhruz Bayramovun da başına gəlib. Belə ki, həmin vaxt üzləşdiyi problemlə əlaqədar "Azadlıq Radiosu"na açıqlama verən vəkil dövlət rüsumundan əlavə pul istənildiyi üçün Gürcüstandan gətirdiyi avtomobildən imtina etdiyini bildirmişdi. Bəhruz Bayramov qeyd etmişdi ki, Gömrük Komitəsində ondan rüşvət tələb edilir, hətta vəkil kimi hüquqlarını qoruya bilmədiyindən maşını komitənin o zamankı sədrinə peşkəş etmək qərarına gəlib"

https://afn.az

 

 

 

Gündəm   Baxılıb: 1193   Tarix: 2019-04-22



DİGƏR MARAQLI XƏBƏRLƏR