General Motors Trumpa qarşı məhkəmə iddiasından imtina edir

General Motors Trumpa qarşı məhkəmə iddiasından imtina edir ABŞ-ın General Motors avtomobil şirkəti ABŞ prezidenti Donald Trampın Adminstrasiyası tərəfindən Kaliforniya ştatında işlənmiş dəm qazı standartları üzrə verilən məhkəmə iddiasında iştirakdan imtina edəcək.

Mary Barra, Bazar ertəsi günü ekoloji qruplara GM-nin iddiadan imtina edəcəyini və digər avtomobil istehsalçılarını eyni şeyi etməyə çağırdığını bildirdi. O, həmçinin, şirkətin elektromobillərin istifadəsini genişləndirmək üçün prezidentliyə namizəd Joe Biden planı ilə razılaşdığını bildirib.

"Biz hesab edirik ki, avtomobil tullantılarının kəskin azalması ilə iqlim dəyişikliyi problemini həlli ilə əlaqədar olaraq seçilmiş prezidentin iddialı hədəflərilə, Kaliforniya ştatının və General Motorsun elektrikləşdirilməsi üzrə məqsədləri üst — üstə düşür", - Barra məktubunda deyilir.

Xatırladaq ki, ötən il ABŞ Prezident Administrasiya 1970-ci illərin tənzimləmə normalarını ləğv edib. Bu normalara görə Kaliforniyaya işlənmiş dəm qazıyla əlaqədar öz standartlarını müəyyən etməyə icazə verilirdi. Bu tədbir yalnız Kaliforniyaya deyil, digər 13 ştata da, o cümlədən daha ciddi Kaliforniya standartlarına qatılan Kolumbiya paytaxtına da təsir edəcəkdir.

Administrasiyanın mövqeyi belədir ki, işlənmiş qazların məhdudlaşdırılması avtomobilləri daha bahalı edir və istehlakçılara daha yeni və təhlükəsiz avtomobillər almağa mane olur. ABŞ prezidenti Donald Trumpun qərarından sonra, Kaliforniyanı da əhatə edən 20-dən çox ştat istixana emissiyaları və avtomobil tullantılarının standartlarını özləri müəyyən edə bilmək üçün Prezident Administrasiyasına qarşı iddia qaldırmışdı.

 

Texnologiya   Baxılıb: 1065   Tarix: 2020-11-24



DİGƏR MARAQLI XƏBƏRLƏR