General beş vəzifəli şəxsi işdən çıxardı

General beş vəzifəli şəxsi işdən çıxardı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr dəyişiklikləri olub.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət rəisi, general-leytenant Arzu Rəhimov keçirdiyi müşavirədə bildirib. 

Xidmət rəisi şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyini vurğulayıb, həlli vacib məsələlərlə bağlı konkret qərarlar qəbul edildiyini bildirib: 

“Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhəri Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər”.

https://oxu.az

Gündəm   Baxılıb: 1073   Tarix: 2019-05-08



DİGƏR MARAQLI XƏBƏRLƏR