Heç vaxt avtomobili olmayan şəxsə DYP cərimə protokolu yazıb

Heç vaxt avtomobili olmayan şəxsə DYP cərimə protokolu yazıb Xaricdə yaşayan şəxs Vətəni Azərbaycanda qəribə bir cərimə protokolu ilə qarşılaşıb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakıda, Babək prosbektində hərəkət edən 10 PX 151 dövlət nömrə nişanlı avtomobilə icbari sığorta omadığına görə ümumi dəyəri 100 manat olan elektron cərimə yazılıb və bu protokolu 2015-ci ildən Rusiayda yaşayan Masallı rayonunun Musaküçə kənd sakini 25 yaşlı Yusif Hüseynovun qeydiyatda olduğu ünvana, poçt vasitəsi ilə cərimə gəlib. 

Vəndaş isə iddia edir ki, heç bir zaman avtomobili olmayıb, o nə kiməsə etibarnamə verib. Yusif Hüseynov onun adına yazılan protokolun yalnış ünvana göndərildiyini deyir və tez bir zamanda cərmənin silinməsini istəyir.

Yusif Hüseynov belə cərimələrin təkrar ona gələ biləcəyindən ehtiyat edir.

Masallı Rayon Dövlət Yol Polisİ İdarəsindən isə "Xəzər Xəbərə" bildirlib ki, sözügedən protokolla bağlı həmin şəxsin müraciətindən sonra məsələ araşdırılacaq.

http://sfera.az

Kriminal   Baxılıb: 1157   Tarix: 2019-05-20



DİGƏR MARAQLI XƏBƏRLƏR