Hindistanda sirli xəstəlik: yeni pandemiya gözlənilir?

Hindistanda sirli xəstəlik: yeni pandemiya gözlənilir? Hindistanda müəmmalı xəstəlik səbəbiylə xəstəxanaya yerləşdirilən insanların korona virusu testlərinin mənfi olduğu açıqlandı və alınan qan nümunələrində viral infeksiyaya dair bir dəlil tapılmadı

Dünya corona virusu epidemiyası ilə mübarizə apararkən Hindistanda müəmmalı bir xəstəlik ortaya çıxdı. Andhra Pradeş əyalətində mənşəyi bilinməyən xəstəlik səbəbindən 300-dən çox insan oxşar simptomlarla xəstəxanaya yerləşdirildi. 170 nəfər xəstəxanadan edilərkən, bir nəfərin öldüyü bildirildi. Xəstəliyin səbəbi hələ tapılmayıb.

Səlahiyyətli orqanlar sirli xəstəliyin bulantı, başgicəllənmə və huşunu itirmə kimi simptomlara səbəb olduğunu bildirdi. Xüsusilə uşaqlarda göz yanma və qusma şikayətlərinin olduğu bildirildi.

İnsanların xəstə olduğu bölgələrdə aparılan araşdırmalar xəstəliyin su və ya havanın çirklənməsi səbəb olmadığını göstərdi. Laborator analizlərin xəstəliyin kök səbəbini aşkar edəcəyinə ümid edilir.

 
 
 
İqtisadiyyat   Baxılıb: 1155   Tarix: 2020-12-08



DİGƏR MARAQLI XƏBƏRLƏR