Huawei şirkətinə yeni sanksiyalar

Huawei şirkətinə yeni sanksiyalar Çin texnoloji şirkəti Huawei üçün yeni məhdudiyyətlər tətbiq edən ABŞ rəhbərliyi, Huawei'nin ABŞ texnologiyası və proqram təminatından istifadə edərək yarımkeçirici çip almasına mane olacağını açıqladı

Bununla əlaqədar olaraq ABŞ Dövlət Katibi Mayk Pompeo ABŞ Ticarət Nazirliyinin qəbul etdiyi qərarla bağlı yazılı açıqlama verdi.

2019-cu ilin may ayında Huawei'nin Ticarət Nazirliyi tərəfindən iqtisadi qara siyahısına daxil edildiyini vurğulayan Pompeo, şirkətin istehsalda lazım olduğu qədər ABŞ proqram və texnologiyasına əsaslanan yarımkeçirici çipləri almağa davam etməklə ABŞ-ın qanunlarından qaçdığını bildirdi.

Pompeo, həmçinin Huawei'nin ABŞ texnologiyasını oğurlamaqda, İran sanksiyalardan yayınmaqda kömək etməkdə günahlandıraraq və Çin hökumətinin xeyrinə cəsusluq etdiyini bildirmişdir: "Huawei'nin ABŞ-ın ixrac məhdudiyyətləri qaydalarındakı boşluqalrdan faydalanmasını əngəlləyən bu qərar, həm də ABŞ texnologiyasını və proqramlarından istifadə edərək istehsal etdikləri yarımkeçirici fişləri Huawei-yə satan xarici şirkətlərə də ciddi ixrac məhdudiyyətləri tətbiq edəcəkdir.

Bununla birlikdə, Pompeo, Huawei və onunla əlaqəli şirkətlərin ABŞ-ın milli təhlükəsizliyini və beynəlxalq sabitliyini təhdid edən fəaliyyətlərə görə ABŞ ixracatını məhdudlaşdırmağa davam edəcəyini açıqladı.

Uzun müddətdir xüsusən də 5G-də, xüsusilə də Avropadakı müttəfiqləri ilə şəbəkələrini inkişaf etdirməyə çağıran ABŞ rəhbərliyi,  Huawei-nin 5G şəbəkələrindən xaric edilməsini tələb edir.

 

Texnologiya   Baxılıb: 1078   Tarix: 2020-05-16



DİGƏR MARAQLI XƏBƏRLƏR