Kapital Bank 2020-cu ilin üçüncü rübünün nəticələrini elan edib

Kapital Bank 2020-cu ilin üçüncü rübünün nəticələrini elan edib Kapital Bank-ın aktivləri 1 oktyabr 2020-ci il tarixinə 5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2020-ci il tarixinə 3,7 milyard manat olub.

Bankın 1 oktyabr 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 539 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

İqtisadiyyat   Baxılıb: 1029   Tarix: 2020-10-15



DİGƏR MARAQLI XƏBƏRLƏR