Karantində yalnız xüsusi nömrə nişanları almış taksilər fəaliyyət göstərə biləcək

Karantində yalnız xüsusi nömrə nişanları almış taksilər fəaliyyət göstərə biləcək Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah bir müddət əvvəl elan etmişdi ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bundan başqa indiyədək sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında müddət 7 dekabr saat 06:00-dək uzadılıb. Bakı Metropoliteni də 28 dekabr saat səhər saat 6-dək işləməyəcək.

Budəfəki dəyişiklərdən biri də odur ki, "şənbə və bazar günləri yalnız xüsusi nömrə nişanları almış taksilər fəaliyyət göstərə biləcəklər," Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov deyib. "Hansı taksilərin, hansı şirkətin rəsmi icazəsi var və taksiləri xüsusi fərqlənmə nişanları ilə təmin ediliblər onlar fəaliyyətlərini davam etdirə bilər".

İqtisadiyyat   Baxılıb: 1079   Tarix: 2020-12-10



DİGƏR MARAQLI XƏBƏRLƏR