Kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq

Kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları təsdiqlənib. Bunun nəticəsində də kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq. Təsərrüfat üzvləri gəlirlərinə uyğun vergi də verəcəklər.

Nazirlər Kabineti "Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları" və "Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, ailə kəndli təsərrüfatının başçısı ilə yanaşı, üzvlərinin də şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir. Prosedurun nəticəsi olaraq da təsərrüfat üzvlərinə elektron vəsiqə veriləcək.

Uçot sisteminin təkmilləşdirilməsi sayəsində ailə kəndli təsərrüfatının üzvləri gəlirlərinə uyğun vergi də verəcəklər. Nəticədə də dövlət büdcəsinə daxil olan vergi və sosial ödənişlər artacaq.

İqtisadiyyat   Baxılıb: 1118   Tarix: 2021-03-02



DİGƏR MARAQLI XƏBƏRLƏR