Mağistraturaya imtahan verənlərin gözlədiyi xəbər

Mağistraturaya imtahan verənlərin gözlədiyi xəbər Bu şəxslər test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının II mərhələsində 53 №-li proqram üzrə imtahan verəcək bakalavrlarla bağlı yaydığı məlumatda bildirir ki, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.

Həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

Gündəm   Baxılıb: 1039   Tarix: 2019-05-20



DİGƏR MARAQLI XƏBƏRLƏR