Manat Avro Dollar: gələckdə hansının bahalaşacağını necə bilək?

Manat Avro Dollar: gələckdə hansının bahalaşacağını necə bilək? Avronun gələcək məzənnəsi dolların avroya və digər valyutalara qarşı olan məzənnəsindən asılı olacaq

Dünya bazarlarında dolların digər valyutalara hansı formada dəyişkənliyi baş verirsə, manatın həmin valyutalara olan məzənnəsi dollar ekvivalentində hesablanaraq təyin edilir. Ona görə də avronun gələcək məzənnəsi dolların avroya və digər valyutalara qarşı olan məzənnəsindən asılı olacaq. Avronun birbaşa məzənnəsi manatla təyin edilmir.


Amerika Mərkəzi Bankının atdığı addımlar onu göstərir ki, dolların az da olsa dünya bazarında zəifləməsində Amerikanın, FED-in marağı var.

 Maraq da ondan ibarətdir ki, istehsalçı və ixracatçı ölkələr öz milli valyutalarının zəifləməsini ixracatda üstünlük qazanması  üçün həmişə istifadə ediblər. Ona görə də dövlət iqtisadi alətlərlə məsələyə müdaxilə eləmir. Bu onu deməyə əsas verir ki, avro qarşısında dolların ucuzlaşması bir müddət davam edəcək. Bu baş verəcəksə, manat ekvivalentində də bizdə avro daha bahalaşacaq. Yəni, artıq bir avronun satış məzənnəsi 2 manatı keçib. Dollarla avro arasında nisbət necə dəyişəcəksə, manatın avro qarşısında ucuzlaşması da o nisbətdə baş verəcək

İqtisadiyyat   Baxılıb: 1039   Tarix: 2020-08-20



DİGƏR MARAQLI XƏBƏRLƏR