Marketlərin satış dövriyyəsi 162 milyon manatdan 221 milyon manata qədər artdı

Marketlərin satış dövriyyəsi 162 milyon manatdan  221 milyon manata qədər artdı "ƏDV geri al" layihəsi pərakəndə ticarət şəbəkəsində ticarət dövriyyələrinin şəffaflaşmasına səbəb olur.

Aylıq dövriyyə ötən iln 4-cü rübündə 1-ci rübünə nisbətən 36,4% çox olub. Belə ki, marketlərin orta aylıq dövriyyəsi 2020-ci ilin 1-ci rübündə 162 milyon manat ikən, 4-cü rübündə 221 milyon manat təşkil edib.

"Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli bildirib ki, əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin istehlakçılara qaytarılması kassa çeklərinin tələb edilməsinə, nağdız ödənişlərə marağın artmasına təkan verib və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarıb.

Hazırda 9 mindən çox vətəndaş ƏDV geri alır. Əgər 2020-ci ilin 1-ci rübündə marketlərin onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon manat təşkil edirdisə, bu göstərici 2-ci rübdə 192 milyon manat, 3-cü rübdə 209 milyon manat, 4-cü rübdə isə 221 milyon manat təşkil edib.

İqtisadiyyat   Baxılıb: 1222   Tarix: 2021-02-15



DİGƏR MARAQLI XƏBƏRLƏR