Məhşur yazıçı Çingiz Abdullayev: “İcra başçısı görüşümə mane oldu, hörmətsizlik etdi”

Məhşur yazıçı Çingiz Abdullayev: “İcra başçısı görüşümə mane oldu, hörmətsizlik etdi” İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam.

Bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi. Hətta müavininə bizimlə görüşməyi qadağan etdi. Mən Azərbaycanın dünyada tanınan ən məhşur xalq yazıçılarından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil. Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısının hətta müavinini belə bizi yanına buraxmadı.  Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər.

Bu sözləri  "Report"a müsahibəsində Məhşur dedektiv yazar Çingiz Abdullayev söyləyib.

Gündəm   Baxılıb: 1095   Tarix: 2019-04-12



DİGƏR MARAQLI XƏBƏRLƏR