Mərdəkandakı uşaq evi ilə bağlı şok ittiham - Nazirlik hərəkətə keçdi

Mərdəkandakı uşaq evi ilə bağlı şok ittiham - Nazirlik hərəkətə keçdi Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.

L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik: 
"Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi. Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı. Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı.

Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov da sözügedən məktəbdə olub. H. Kərimov qeyd edib ki, məsələ ilə bağlı komissiya yaradılıb: "Araşdırma başlanılıb. Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".

http://azxeber.com

Gündəm   Baxılıb: 1101   Tarix: 2019-04-15



DİGƏR MARAQLI XƏBƏRLƏR