Metroda gənc intihar etmək istədi

Metroda gənc intihar etmək istədi Bu gün səhər saatlarında Bakı Metrosunun “Koroğlu” stansiyasında intihara cəhd olub.

 

Bu gün səhər saatlarında Bakı Metrosunun “Koroğlu” stansiyasında intihara cəhd olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Equalpress"ə açıqlamasında bildirib ki, hadisə saat 09:25 radələrində qeydə alınıb:

“Hadisə “H.Aslanov” metrostansiyasından “İçərişəhər”ə gedən qatar “Koroğlu” metrostansiyasına daxil olan zaman yaşanıb. Qatar stansiyaya daxil olmağa az qalmış bir gənc özünü qatarın altına atıb.

Bununla bağlı dərhal maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılaraq, oğlan oradan çıxarılıb”.

Qurum rəsmisi qeyd edib ki, hazırda qatarların hərəkəti qaydaya düşüb:

“İntihara cəhd edən şəxs polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır”.

Gündəm   Baxılıb: 1108   Tarix: 2018-05-24



DİGƏR MARAQLI XƏBƏRLƏR