Microsoft yenidən Nokia-nı almaq niyyətindədir

Microsoft yenidən Nokia-nı almaq niyyətindədir ABŞ-ın "Microsoft" korporasiyası "Nokia" şirkətinin şəbəkə avadanlığı bölməsi olan "Nokia Networks"u satın almağı düşünür.

ABŞ-ın İT nəhəngi "Nokia" ilə artıq ikinci dəfədir maraqlanır. Belə ki, 2013-cü ildə "Microsoft" "Nokia"nın mobil bölməsini satın alıb, lakin sonda bu bölmənin potensialını reallaşdıra bilmədiyindən 2016-cı ildə onu Çinə satıb.

Bəzi məlumatlara görə, "Nokia Networks"a həmçinin "Intel" də sahib ola bilər.

"Nokia"nın şəbəkə bölməsi ABŞ-ın İT nəhəngləri üçün maraqlı ola bilər, çünki ABŞ hökuməti və ölkə Prezidenti Donald Tramp mobil operatorların "Huawei" kimi Çin təchizatçılarının telekommunikasiya avadanlıqlarının istifadəsini qadağan edir. Üstəlik, qadağa yalnız ABŞ operatorlarına deyil, digər ölkələrin şirkətlərinə də aiddir.

Hələlik nə "Intel", nə "Microsoft", nə də "Nokia" hər hansı razılaşmanı təsdiq etməyib.

Texnologiya   Baxılıb: 1027   Tarix: 2020-10-08



DİGƏR MARAQLI XƏBƏRLƏR