Müharibənin Ermənistan iqtisadiyyatına təsiri necə oldu?

Müharibənin Ermənistan iqtisadiyyatına təsiri necə oldu? Ermənistan iqtisadiyyatı koronavirus səbəbindən onsuz da çətinliklər yaşayarkən Dağlıq Qarabağdakı münaqişənin yenidən alovlanması ilə daha da çətin bir duruma düşüb.

Bunun ən böyük sübutu isə Fitch beynəlxalq kredit reytinq agentliyinin ölkənin kredit reytinqini aşağı salmasıdır.

Fitch bu həftənin əvvəlində Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB-" dən "B+" səviyyəsinə endirildiyini, reytinq proqnozunun "sabit" səviyyədə olduğunu açıqlayıb.

Türk Erməni Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyakın söylədiyinə görə, toqquşmalar başlandıqdan sonra Ermənistanda bizneslər və banklar dayanma nöqtəsinə yaxlnlaşıb. Soyakın fikrincə, toqquşmalar bir qədər də davam edərdisə, malların daşınmasında çətinliklər dərinləşə və iflaslar baş verə bilərdi.

Yerevandakı Qafqaz İnstitutundan iqtisadçı Hrant Mikaelyanın bildirdiyinə görə isə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşəcək.

İqtisadiyyat   Baxılıb: 1050   Tarix: 2020-12-10



DİGƏR MARAQLI XƏBƏRLƏR