Növbəti 10 ildə Azərbaycanda illik neft hasilatı 18 milyon tona düşəcək

Növbəti 10 ildə Azərbaycanda illik neft hasilatı 18 milyon tona düşəcək Bu barədə iqtisadçı alim Nemət Əliyev maraqlı bir araşdırma aparıb. Belə ki, Azərbaycanda Neft hasilatı 2020-ci ildə 2,9 milyon ton azalıb.

Bu, son 10 ilin 2-ci ən iri itkisidir (1-ci böyük azalma 2011-ci ildə baş verib: 5,2 milyon ton). Ötən il yalnız hasilat göstəricisi deyil, neft qiymətləri də aşağı düşüb. Hər barel neftin orta ixrac satış qiyməti il ərzində 66 dollardan 44 dollara enib. Hər bareldə 22 dollar, hər tonda 158 dollar itki əmələ gəlib. 

Qiymət və ixrac həcminin azalması hesabına neftin xaricə satışından gəlirlər ötən il 5,5 milyard dollar azalıb. Tənəzzül neftçıxarmada tendensiya halına gəlib və hasilat göstəricisi son 10 ildə 50,8 milyon tondan 34,6 milyon tona qədər düşüb. Bu dövrdə itki 16,2 milyon ton və ya 32%-dir. Bu tendensiya davamlı olarsa, buna ehtimal böyükdür, növbəti 10 ildə neft hasilatının 18,4 milyon tona düşəcəyi şübhə doğurmur. Bu isə iqtisadiyyatının və büdcəsisnin əsasını neft-qaz gəlirləri təşkil edən ölkə üçün təhlükəlidir.

Odur ki, qeyri-neft sektoruna münasibət köklü şəkildə dəyişməlidir. Bu sektorda fəaliyyət göstərən sahibkarlara hər cür dəstək verilməliir.

İqtisadiyyat   Baxılıb: 1170   Tarix: 2021-01-27



DİGƏR MARAQLI XƏBƏRLƏR