Narkotiki təbliğ edən “Ruzigar” ləqəbli reperin cəzası bəlli oldu

Narkotiki təbliğ edən “Ruzigar” ləqəbli reperin cəzası bəlli oldu Daxili İşlər Nazirliyi (DİN) reperin həbs edilməsi ilə bağlı açıqlama yayıb.

DİN-in mətbuat xidmətindən daxil olan açıqlamada bilirilib ki, A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Kriminal   Baxılıb: 1089   Tarix: 2019-04-15



DİGƏR MARAQLI XƏBƏRLƏR