Nəhəng borcları olsa da, ABŞ və Çin niyə daha da varlanır?

Nəhəng borcları olsa da, ABŞ və Çin niyə daha da varlanır? Koronavirus pandemiyası bütün dünya üçün iqtisadi paradoksa çevrilərək bir çox ölkələri borc böhranı və dağıntısı ilə təhdid edir. Lakin ən varlıları - məsələn, ABŞ, Çin və Yaponiya - nəhəng borclar yığdıqda belə yalnız qazanır və daha da zənginləşir. Bu necə baş verir?

ABŞ-ın Beynəlxalq Maliyyə Institutunun bu yaxınlarda verdiyi qiymətləndirməyə görə, 2020-ci ilin nəticələri də daxil olmaqla dünyanın bütün ölkələrinin ümumi borcu rekord 277 trilyon dollara və ya dünya ÜDM-in 365% -ə çata bilər. 2020 -ci il ərzində koronavirus səbəbindən bu göstərici 15 trilyon dollar artmışdır.

Xüsusilə inkişaf etməkdə olan ölkələrin borcları sürətlə artırdı. Hal-hazırda onların ümumi borcu onların ümumi ÜDM-dən 210% çoxdur, 2019-ci ildə bu göstərici 185%, on il əvvəl isə 140% idi. Inkişaf etmiş ölkələrdən, məsələn, Italiyada əhəmiyyətli risklər mövcuddur.

Defoltlar qaçılmaz oldu
Ilk "koronavirus" defoltları özünü çox gözləmədi. 2020-ci ilin may ayında Argentina 500 milyon dollar həcmində xarici öhdəlikləri ödəyə bilmədi, onun borcları ilin əvvəlində 323 milyard dollar təşkil edirdi - bu ölkə tarixində artıq doqquzuncu defoltdur.

Livan üçün mart ayında elan edilmiş 1,2 milyard dollarlıq avrobondlar üzrə defolt ilk belə hal idi, lakin ölkənin maliyyəsində vəziyyət planlı olaraq bu istiqamətdə gedirdi - Livanın dövlət borcu ÜDM-in 170% -ə çatdı ki, bu da beynəlxalq institutların tövsiyə etdiyi səviyyədən dəfələrlə üstündür. Borcuna ödəyə bilmədiyini elan edən Afrika ölkələrindən birincisi noyabrda Zambiya olmuşdur. Latın Amerikasında Argentinadan başqa Ekvador, Surinam və Beliz də defolt vəziyyətinə düşmüşdür. 2021-ci ildə defolta əsas namizəd Anqola, Keniya və Kamerun kimi Afrika ölkələri olacaq. Pakistan da kreditlərin ödənilməsində problem yaşaya bilər.

Bundan əlavə, bir çox ölkələr artıq yüksək kreditləşmə şəraitində xərcləri kəskin artırmaq zərurəti ilə maliyyə çöküşünə yaxınlaşdılar. Xüsusilə, yenidən Ukraynada defoltdan danışdılar. Ukrayna hakimiyyəti yazda BVF-dən 5 milyard dollar həcmində yeni yardım paketi almaq üçün beynəlxalq kreditorlara növbəti güzəştə getməyə məcbur oldu. Pandemiyanın nəticələrini aradan qaldırmaq üçün fonddan ilk tranş (2,1 milyard dollar) iyun ayında Ukraynaya verilib, lakin sonra ona işarə edilib ki, BVF ilə əməkdaşlığın genişləndirilməsi şərtləri tam şəkildə yerinə yetirilməlidir, əks halda təcili kredit vermək istəyi cavabsız qalacaq. Bununla yanaşı, 2021-ci ildə Ukrayna 15,6 milyard dollar ödəməli olacaq. Defolt Ukrayna hakimiyyətinin son illərdəki bütün siyasətinin qanuni nəticəsi ola bilər.

Türkiyənin dövlət maliyyəsi də son dərəcə gərgin vəziyyətdədir. Bankların aşağı faiz dərəcələrilə kreditlərin iqtisadiyyata axıda bilməsi üçün 2018-ci ildən Türkiyə Mərkəzi Bankı isə prezidentin təzyiqi altında baza (uçot) dərəcəsini aşağı salmağa başladı. Nəticə özünü gözləmədi: türk lirəsinin düşməsi və inflyasiya kəskin surətdə sürətləndi. Nəticədə analitiklər getdikcə Türkiyəni defolta yaxın ölkələr arasında adlandırmağa başladılar və Ərdoğan noyabrda öz kursunun səhvini etiraf etməli oldu. Onun kürəkəni maliyyə naziri vəzifəsindən istefa verdi, Mərkəzi Bankın yeni rəhbərliyi dərhal faiz dərəcəsini qaldırdı və inflyasiyaya qarşı mübarizəni gücləndirdi, lakin sistemli maliyyə problemləri heç bir yerə getmədi. Türkiyə iqtisadiyyatı onun əsas sahələrindən biri olan beynəlxalq turizmə zərbə vuran koronavirus səbəbindən böyük itkilər verməyə davam edir. Düzdü, indi bu ölkənin iqtisadiyyatı yaxşı vəziyyətdə deyil və valyutası son üç ildə ucuzlaşır. Amma vəziyyət qısamüddətli dövr üçün oxumamalı, uzunmüddətli tendensiyaları izləməlisiniz. Yaxın Şərqdə baş verənlərə bir nəzər yetirin. Orada xaos hökm sürür. Balkanlarda nə baş verir? Bunu bəlkə də heç kim dərk edə bilmir. Bu bölgəyə hansı bucaqdan baxırıqsa, bir dövlət sabit görünür? cavab Türkiyədir. Son üç ilin iqtisadi vəziyyəti yox, məhz bu amil ölkənin mövqeyini müəyyənləşdirəndir. Yəni qısa müddətdə baş verən hadisələri təhlil etdikdə türkiyyənin vəziyyətinin pis olduğunu söyləmək olar, amma 20-30 illik perspektivlə işləsək, həqiqi meyllər ortaya çıxacaq. Bu o demək deyil ki, Türkiyənin mövqeyini heç bir şey təhdid etmir. Və ya əlbətdə ki, Türkiyyəni Hollandiya ilə müqayisə etmək olmaz, Türkiyə heç vaxt belə bir ölkəyə çevrilməyəcək. Türkiyədə rifah səviyyəsini düçünərkən Avropanı bir model kimi qəbul etmək sadəcə bir xəyaldır.

Ucuz pul nə vaxt bitəcək?

Mövcud ucuz pul dövrünün bir müddət daha davam edəcəyi mümkündür. Hər halda, ABŞ Federal Ehtiyat Sistemi yayda öz dərəcəsini 2022-ci ilin sonuna qədər demək olar ki, sıfır səviyyəsində saxlamaq niyyətində olduğunu açıqladı və bununla da digər milli mərkəzi banklara siqnal verdi.

Amerika üçün bu rejim şübhəsiz ki, sərfəlidir, çünki ona borcunu daha da artırmağa imkan verir ki, bu da 2020-ci ildə 26 trilyon dolları keçərək yeni rekordlar qoymağa davam edirdi. Lakin ÜDM-ə münasibətdə ABŞ borcunun səviyyəsi hələ 100% -dən bir qədər azdır. ABŞ Konqresinin büdcə idarəsinin sentyabr hesabatına əsasən, növbəti il borc/ÜDM nisbəti 104%-ə qədər, 2050-ci ilə qədər isə 195%-ə qədər arta bilər. Və bu, yeri gəlmişkən, dünyanın ikinci mütləq borcu olan Yaponiya bu göstərici ilə uzun müddətdir 250% səviyyəsində yaşayır.

Bəs necə olur ki, zəngin ölkələr belə borcla taşaya bilir, yoxsul ölkələrdə isə borcların hər hansı bir artımı onları daha da geridə qoyur? 

cavab çox sadədir. "Yüksək kreditləşmə probleminin yalnız bir həlli var: iqtisadiyyatın artımı dövlət borcunun artım tempindən qabaqlayıcı surətdə olsun". Lakin bu çox vaxt inkişaf etməkdə olan ölkələr üçün mümkün deyil. 

Yeni hiperinflyasiya
Yəqin ki, böyük borclar problemini həll etməyin yeganə real yolu avro və dollar zonalarında 10-15 il müddətinə yüksək inflyasiya rejiminin işə salınması ola bilər. Cəmi 10% inflyasiya - və 10 il ərzində borcun 60% -i "silinəcək", 15 il ərzində borc dörd dəfə azalacaq. Bu seçim Qərb siyasətçiləri və iqtisadçıları arasında ciddi müzakirə olunur. Dünyada pulun miqdarı "çap" dəzgahı hesabına artır ki, bu da 2021-ci ildə dünya inflyasiyasının sürətlənməsinə səbəb ola bilər.

Buna baxmayaraq qlobal borcların ümumi mənzərəsi yoxsulların varlılara obrazlı desək "kredit" verməsini nəzərdə tutur:

Ümumiyyətlə, hazırda dünyanın ən böyük iki iqtisadiyyatı olan ABŞ və Çin dünyanın qalan hissələrindən pul yığmaq siyasəti yürüdür. Bu iki dövlət borclarının həcmini sürətlə artıraraq öz iqtisadiyyatlarını güzəştsiz inkişaf etdirirlər. Xüsusilə ABŞ borcu amerikalılardan daha kasıb olan kreditorların hesabına artır. Belə ki, ABŞ borcunun bir hissəsi ABŞ Maliyyə Nazirliyinin çıxardığı qiymətli kağızlardan ibarətdir. Yəni ABŞ qısamüddətli və uzunmüddətli istiqrazlar çap edərək satır, bununla bir növ ABŞ dövləti bu istiqrazları alanlar qarşısında borclanmış olur. Bu vekselləri həm fiziki və hüquqi şəxslər, həm də dövlətlər (ölkələr) əldə edə bilər. ABŞ-ın üstünlüyü var, çünki devalvasiyaya və sıfıra yaxın nisbətə baxmayaraq hamı dollar və Amerika qiymətli kağızlarına inanır. İnsanlar dollara inandıqları müddətdə ABŞ öz ehtiyaclarını borcları artırmaqla maliyyələşdirmək imkanına malikdir. Çin isə əlavə investisiya cəlb etmək üçün ÜDM məlumatlarını güclü və əsaslı şəkildə idarə edir. Bu cür iki rəqabət edən iqtisadi lokomotivin olması, maliyyə kapitalının inkişaf etməkdə olan ölkələrdən yan keçərək bu iki ölkəyə axmasına gətirib çıxarır. Çinin borcu hazırda ÜDM-in 300% -ə çatıb. Yaponiya 1990-cı illərdə eyni rəqəmlərə sahib idi. Fərq budur ki, Yaponiyada yoxsulluq yaşayan bir milyard insan yox idi. Çin rəhbərliyi bu təhdidin fərqindədir və bu səbəbdən mərkəzi hökuməti gücləndirir, vaxtilə Deng Siaopin tərəfindən tətbiq edilən bütün yeniliklər tərk edilərək, ölkə diktatura tərəfə hərəkət edir. Eyni zamanda gücə əsaslanan idarəçiliyin gücləndirilməsi iqtisadiyyat üçün təhlükə yaradır. SSRİ nümunəsi göstərdi ki, bir tərəf effektiv şəkildə idarə edə bilməz. Amma borcun ödənişi bir gün gələcək. Amma görünən odur ki, nə ABŞ, nə də Çin öz borcun geri qaytarmaq niyyətində deyillər. Məhz buna görə də hər iki ölkə borclarını dəli surətdə artırmaqla yanaşı (onların ümumi borcu artıq ÜDM-in 350% -dən çoxdur), həm də ÜDM-in özü ilə əhəmiyyətli fırıldaqçılıq həyata keçirir. Bununla onlar maksimum fayda əldə edirlər. 

İqtisadiyyat   Baxılıb: 1108   Tarix: 2021-01-29



DİGƏR MARAQLI XƏBƏRLƏR