PUTİN ƏRDOĞANI TƏLƏYƏ SALIR, YOXSA?– Türkiyə kritik seçim qarşısında!

PUTİN ƏRDOĞANI TƏLƏYƏ SALIR, YOXSA?– Türkiyə kritik seçim qarşısında! Bu il Tükiyədə ya müasir “F-35” təyyarələri, ya da Rusiyanın “S-400” zenit-raket sistemləri olacaq. Türkiyə eyni vaxtda onların hər ikisini ala bilməyəcək.

Əgər Ərdoğan belə bir seçim etməzsə və “S-400” raketlərini alarsa, onda o, ABŞ-ın sanksiyaları ilə üzləşəcək. Onda bu sanksiyalar Türkiyə iqtisadiyyatına güclü zərbə vuracaq və nəticədə xarici investorlar bu ölkəyə birbaşa sərmayə qoymaqdan qorxacaqlar və nəticədə Türkiyənin aviakosmik və müdafiə sənayesi ciddi ziyan görəcək. Bundan sonra Türkiyəyə heç bir “F-35” təyyarəsi verilməyəcək və onun “F-35” proqramındakı bütün işləri dayandırılacaq. Nəticədə isə, həmin təyyarələr üçün müəyyən detallar istehsal edən Türkiyə şirkətləri həm istehsal prosesindən və həm də təchizat proqramından çıxarılacaq. Hazırda Türkiyə “F-35” proqramı çərçivəsində mühüm tərəfdaşdır, lakin onu əvəzləyəcək başqa ölkə tapmaq olar.

“F-35” təyyarələrindən imtina Ankara üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Artıq Türkiyə “F-35” proqramına 1,25 milyard dollar yatırıb və həmin pullar da itiriləcək. 

Türkiyə ABŞ qarşısında bir neçə haqlı tələb qoyur. Bunlardan birincisi Suriyanın şimalındakı PYD-nin silahlandırılmasının dayandırılması və onların həmin bölgələrdən yığışdırılmasıdır. İkincisi isə, Türkiyə öz sərhəd güvənliyini qorumaq üçün Suriyanın şimalında əməliyyat keçirmək istəsə də, ABŞ bu ərazilərdə hərbi hissələr saxlayır. Belə olan halda Türkiyə ABŞ-la qarşı-qarşıya gəlmək təhlükəsi ilə üzləşir.
Bəlkə də, məhz buna görə Ərdoğan siyasi gedişlər etmək məcburiyyətindədir və burada məqsəd optimal həllin tapılmasına qədər ABŞ-ın təzyiqi qarşısında geri çəkilməməkdir. Rəsmi Ankara düşünür ki, əgər biz “F-35” təyyarələri əldə edəndən sonra da, Suriyanın şimalındakı vəziyyət dəyişməyəcəksə, onda “F-35” təyyarəsi və “Patriot” raketlərini almağa dəyərmi?

Putin Qərbdə mühüm strateji mövqe tutan və həmçinin də, NATO-da etibarlılığı ilə tanınan Türkiyədən qorxur və ona hörmətlə yanaşır. Türkiyənin Suriya üzrə məsələlərdə, enerji, kənd təsərrüfatı sferasında və turizm sahəsində Rusiya ilə münasibətlər qurması vacibdir. Amma prezident Ərdoğan “S-400”-dən imtina edərsə, onda Putin bu sahələr üzrə cavab zərbələri vura bilər.

Bu raketlərin tədarükü Türkiyə maraqlarına daha çox ziyan vurar. Türkiyə öz müttəfiqlərindən təcrid olunduqca, iki ölkə münasibətlərində Putinin təsir imkanları daha da böyüyəcək. Rusiya nə istəyirsə onu edəcək, Türkiyə isə bundan mütləq əziyyət çəkəcək. İndi təbii ki, Türkiyə çox ciddi seçim qarşısında qalıb. Çünki göründüyü kimi “S-400” raketlərinin alınması sadəcə silah məsələsi deyil, həm də gələcək siyasi kursun müəyyənləşdirilməsində atılacaq mühüm addımdır.

http://azpolitika.info

Dünya   Baxılıb: 1101   Tarix: 2019-04-15



DİGƏR MARAQLI XƏBƏRLƏR