Polşa da elekriklə işləyən avtomobil istehsalçıları sırasına qoşuldu

Polşa da elekriklə işləyən avtomobil istehsalçıları sırasına qoşuldu Silesian Voyvodluğunun bir şəhəri olan Jaworzyn-də Polşanın İzera elektrikli avtomobillərinin ilk zavodu inşa ediləcək.

Bu barədə məlumat Polşa İqlim və Ətraf Mühit Nazirliyi və əyalət rəhbərliyi ilə müvafiq bir memorandum imzalayan Electro Mobility Poland tərəfindən elan edildi. İmzalama mərasimindən sonra İqlim və Ətraf Mühit Naziri Michal Kurtyka "Sileziyada Polşa avtomobil sənayesinin yeni bir hissəsini yazmağa başlamaq istəyirik" deyə bildirdi.

Tikintiyə qoyulan sərmayə 2 milyard zlotidir (təxminən 400 milyon avro). Zavodun inşası 2021-ci ilin dördüncü rübündə başlayacaq, ilk avtomobillər 2024-cü ildə montaj xəttindən çıxacaq. Jaworzyn-dəki zavod Katowice xüsusi iqtisadi zonasında yerləşəcəyi üçün vergi güzəştləri alacaq. Bu, birbaşa müəssisədə ən az 3 min,  tədarükçü və subpodratçılardan isə 12 min iş yeri təmin edəcəkdir.

Texnologiya   Baxılıb: 1164   Tarix: 2020-12-28



DİGƏR MARAQLI XƏBƏRLƏR