Polşada işləmək istəyənlər DİQQƏT: Polşada əməkhaqqı

Polşada işləmək istəyənlər DİQQƏT: Polşada əməkhaqqı Polşada müəssisələrdə orta əmək haqqı 2020-ci ilin dekabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% artıb.

Bu barədə ölkənin Baş Statistika Idarəsi məlumat yayıb. Analizə işçilərin sayı 9 və daha çox olan müəssisələr daxil olub.

Bu tip şirkətlərdə orta əmək haqqı 2020-ci ilin dekabrında vergi çıxarılmadan (təxminən 1,3 min avro) 5 973 zlot təşkil edib. Baş Statistika Idarəsi bildirir ki, dekabrda Polşada 9 və ya daha çox əməkdaşı olan şirkətlərdə ümumilikdə 6 329 milyon nəfər işlə təmin olunub. Ümumiyyətlə, Polşada müəssisələr sektorunda orta əmək haqqı 2020-ci ildə əvvəlki illə müqayisədə 4,7% artıb, orta məşğulluq isə 1,1% azalıb.

Polşada əmək haqqı digər Avropa Ittifaqı ölkələrinə nisbətən daha sürətli artır. Bunu "Grant Thornton" un son hesabatı sübut edir. Audit şirkətinin ekspertləri hesablayıblar ki, əgər Polşada əmək haqqının artım tempi indiki səviyyədə qalırsa, 18 ildən sonra polyakların orta əmək haqqı AB üzrə orta səviyyəyə bərabər olacaq.

Hazırda orta əmək haqqı baxımından Polşa Avropa Birliyində 21-ci yeri tutur. Ən yüksək maaşları Lüksemburq, Danimarka, Niderland və Almaniyada alırlar. Ən azı Bolqarıstan, Rumıniya, Latviya və Slovakiya vətəndaşları qazanırlar.

İqtisadiyyat   Baxılıb: 1171   Tarix: 2021-01-27



DİGƏR MARAQLI XƏBƏRLƏR