QALMAQAL: Rüfət Axundov CANLI EFİRDƏN QOVULDU

QALMAQAL: Rüfət Axundov CANLI EFİRDƏN QOVULDU Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun "Space" televiziyasında efirə gedən "Hər səhər" verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub.

Qadağaya baxmayaraq, bu gün "Xəzər" televiziyasında yayımlanan "Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. Ancaq veriliş öz axarı ilə getdiyi bir vaxtda, onun mahnısı kəsilib və reklama keçid olub.

Məsələ ilə bağlı "Xəzər" televiziyası ilə əlaqə saxlayıb, nə baş verdiyini öyrənməyə çalışdıq. Televiziyanın sözçüsü Aqşin Kamal bildirdi ki, Rüfətin efirdə olması barədə xəbərsiz olub. 

Redaktor.az-a açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, Rüfət Axundovu verlişdə görən kimi, dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.

http://sfera.az

Şou-biznes   Baxılıb: 1209   Tarix: 2019-04-16



DİGƏR MARAQLI XƏBƏRLƏR