Qida Təhlükəsizliyi Agentliyi şəffaflığa qarşıdır?! Eyyib Hüseynovdan iddia

Qida Təhlükəsizliyi Agentliyi şəffaflığa qarşıdır?! Eyyib Hüseynovdan iddia Eyyub Hüseynov deyir ki, QTA yaradıldığı ilk gündən baş nazirin müavini Əli Əhmədova məktubla müraciət edib

 

Məktubda QTA-ya 20 illik təcrübəsi olan təşkilatımızın əlindən gələn köməyi əsirgəməyəcəyimizi bildirdim, QTA-da şəffaflığın təmin olunması üçün ictimai təşkilatların təmsil olunmasını təklif etdim.  Əgər şəffaf işləyirlərsə, ictimai təşkilatlar QTA-da təmsil olunmalıdır.  Bunu qəbul etmədilər. Qoşqar Təhməzli ilə beynəlxalq konfranslardan birində görüşdük. O dedi ki, ictimai təşkilatlarla işləmək istəmir. Yəni şəffaflığa qarşıdırlar. Ölkə prezidentinin çox gözəl bir təşəbbüsü olan QTA-nın bu gün korrupsiya və rüşvətdə adının hallanması çox pis, neqativ haldır. Əgər bu ittihamlar doğrudursa, olduqca xoşagəlməz haldır. Dövlətin, hökumətin xalqa yönəlik addımları belə xoş olmayan şəkil almamalıdır. Şəffaflıq olmayan yerdə bu və digər qurumun fəaliyyəti ancaq neqativ çalarlarda ifadə olunacaq. Qoşqar Təhməzli ictimaiyyət qarşısına çıxıb hesabat verməlidir. Bunu onun təyin edildiyi vəzifə, ona göstərilən yüksək etimad tələb edir.

Eyyub Hüseynov deyir ki, “leş mafiyası” ilə bağlı ən uğurlu fəaliyyəti Daxili İşlər Nazirliyi görüb: “QTA ictimaiyyətdən gizlənmək əvəzinə ictimaiyyətlə işləməli, sıx təmasda olmalıdır. Bunun üçün körpü rolunda KİV və ictimai təşkilatlarla əlaqələrdən istifadə edilməlidir. Kollegiya yaradıb, orada KİV və ictimaiyyət nümayəndələrinin təmsil olunması vacibdir. Əks halda, bu cür pis nəticələr olacaq”.

AİB sədri deyir ki, “leş mafiyası”nın fəaliyyəti bu gün də davam edir: “Rayonlarda, kəndlərdə heyvanlar xəstəlikdən, qocalıb öləndə zəng vururlar, leş yığanlar gəlir və ölmüş, murdar olmuş cəsədi götürüb aparırlar. Leş əti Bakıda satanlarla yanaşı, onu alanlar da məsuliyyətə cəlb olunmalıdır”.

E.Hüseynov bildirir ki, həmin murdar heyvanların ətlərini kolbasa, sosiska istehsalçılarının alması da istisna deyil: “QTA-nın 1003 qaynar xətti var. Həmin xəttə xoşagəlməz hal barədə vətəndaş Aydın Əliyev yanımdan müraciət etdi. QTA-dan verilən cavablar səmərəsizdir. Şəffaflıq təmin olunmasa, QTA-nın fəaliyyətində dönüş olmayacaq

Keyfiyyət   Baxılıb: 1136   Tarix: 2019-03-12



DİGƏR MARAQLI XƏBƏRLƏR