RƏZALƏT: Ata 11 yaşlı ögey qızını dəfələrlə zorladı

RƏZALƏT: Ata 11 yaşlı ögey qızını dəfələrlə zorladı Hadisə Gəncədə baş verib. Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, ata 30 dekabr 2013-cü il tarixində gecə saatlarında Gəncə şəhərində fərdi həyət evlərinin inşa edildiyi yaşayış massivində yerləşən kirayədə yaşadığı mənzildə həmin gün  11 yaşlı ögey qızını masaj etdirmək adı ilə onu öz yataq otağına çağırıb. Belini masaj etdirdikdən sonra qızın əynindəki şalvarını çıxarıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bununla da o, on dörd yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bundan başqa, o, təkrarən 30 dekabr 2015-ci il tarixdə günorta saatlarında arvadının evdə olmamasından istifadə edib, qızı öz yataq otağına çağırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif və israr etsə də, sonuncu buna qəti şəkildə etirazını bildirib.

Belə olan halda qızına zor tətbiq edib, əllərindən tutaraq əynindəki şalvarını zorla əynindən çıxarıb, ona təcavüz edib.

Bu hallar dəfələrlə təkrar olunub.

Məhkəmənin hökmü ilə ögey ata 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Kriminal   Baxılıb: 1307   Tarix: 2019-05-17



DİGƏR MARAQLI XƏBƏRLƏR