Rolls Royce işçilərin kütləvi işdən çıxarılması başlanır

Rolls Royce işçilərin kütləvi işdən çıxarılması başlanır COVID-19 koronavirus pandemiyası kontekstində aviasiya sənayesində ciddi bir qeyri-müəyyənliklə qarşı-qarşıya qaldığı şəraitdə ən çox ziyan şəkən şirkətlərdən biri də Rolls Royce kompaniyasıdır.

Uzun məsafəli reyslərin son olaraq bərpa olunacağı ehtimal olunduğunu nəzərə alsaq, onda bu, şirkət üçün mənfi vəziyyətin uzun müddət davam edəcəyi mənasını verməkdədir. Əvvəllər Rolls Royce mühərriklərdəki problemlərdən sonra yenidənqurma işləri aparırdı. İndi isə şirkət Airbus və Boeing təyyarələrinin istehsalçılarının istehsal həcmlərini azaltdıqlarına görə düşən bazar qarşısında işləməyə məcbur olur. Ekspertlərin proqnoza görə, 2020-ci ildə bütün Rolls Royce qrupunun gəlirləri 12% azalacaq, mülki aviasiya avadanlıqları seqmentindəki gəlirlər isə əsasən motor tədarükünün aşağı düşməsi ilə 18% azalacaqdır. 

Satış bazarlarında onsuzda var olan problemlərini nəzərə alsaq, Rolls Royce-da kütləvi ixtisarların qaçılmazdır. 2020-ci ilin Mayın əvvəlində yayılan xəbərlərə görə Rolls Royce işçilərinin təxminən 15% -ni ixtisara salacaq. Belə kütləvi ixtisarlar nəticəsində 8 minə yaxın işçi işdən çıxa bilər. Məlumat üçün qeyd edək ki, 2020-ci ilin may ayının əvvəlinə Rolls Royce-da təxminən 52 min personalıvar idi ki. onlardan 23 mini Britaniyada işləyirdi.

 Şirkətin iş yerlərini ixtisara salmaqla  xərcləri 750 milyon funt sterlinq azaltmağa müvəffəq olacağı hesab edilir. Ancaq Rolls Royce qənaət planlarının "genişləndirilməsi" lazım olduğunu düşünür. 

Rolls Royce-da ixtisarlar barədə məlumat yayıldıqdan sonra şirkətin səhmləri 8,3% ucuzlaşmışdır. 2020-ci ilin əvvəlindən mayın 4-dək şirkət bazar dəyərinin 57% -ni itirdi

İqtisadiyyat   Baxılıb: 1050   Tarix: 2020-05-05



DİGƏR MARAQLI XƏBƏRLƏR