Rusiya ABŞ dövlət istiqrazlarına sərmayə qoymağı azaldır, qızıl ehtiyatlarını artır

Rusiya ABŞ dövlət istiqrazlarına sərmayə qoymağı azaldır, qızıl ehtiyatlarını artır ABŞ borcunun bir hissəsi ABŞ Maliyyə Nazirliyinin çıxardığı qiymətli kağızlardan ibarətdir.

Yəni ABŞ qısamüddətli və uzunmüddətli istiqrazlar çap edərək satır, yəni bununla bir növ ABŞ dövləti bu istiqrazları alanlar qarşısında borclanmış olur. Bu vekselləri həm fiziki və hüquqi şəxslər, həm də dövlətlər (ölkələr) əldə edə bilər. Bu qiymətli kağızlar kiçik gəlirliliyə malikdirlər ki, bu da dövlət istiqrazlarını böyük həcmdə asanlıqla almaq və satmaq imkanı ilə izah olunur ki, bu da ən böyük oyunçular üçün sərfəlidir. Yəni kiçik oyunçular - az miqdarda istiqraz alıb-satanlar bundan o qədərdə böyük gəlir əldə edə bilmirlər. Rusiya da öz növbəsində artan daxili inflyasiyadan, neft qiymətlərinin aşağı düşməsindən və sığortadan qorunmaq üçün bu kağızlara investisiya qoyurdu.

Rusiya Federasiyası 2020-ci ilin noyabr ayında ABŞ dövlət qiymətli kağızlarına (istiqrazlarına) qoyulan investisiyaların həcmini oktyabr ayındakı  6,1 milyard ABŞ dollarından 4,9 milyard dollara endirmək qərarına gəldi. bu qərar bir sıra amillərlə əlaqədardır. Belə ki, bir neçə il əvvəl Rusiya tərəfinin sərmayə həcmi 100 milyard dollara çatırdı, lakin Rusiyanın Krımı ilhaq edilməsilə Vaşinqton tərəfindən anti-Rusiya siyasətinin sərtləşməsi fonundaRusiya Mərkəzi Bankı  investisiyaları azaltdı. 2018-ci ilin yazında Rusiya tərəfi sərmayələrin həcmini kəskin şəkildə azaltmağa başladı. 2018- ci ilin Aprel ayında səviyyə 96 milyard dollardan 48,7 milyard dollara düşmüş, may ayında göstərici 14,9 milyard dollara düşmüşdür. Lakin 2019-ci ilin avqustunda Moskva ABŞ dövlət kağızlarına qoyulan investisiyaların həcmini nəzərəçarpacaq dərəcədə artırmışdı. Ekspertlər bunu Rusiya maliyyə hakimiyyətinin ehtimal olunan iqtisadi və geosiyasi riskləri proqnozlaşdırmaq və qarşısını almaq istəyi ilə izah edirdilər.

RF ABŞ-a sərmayə qoymaqdan imtina edir
2020-ci ildə Rusiya yenidən azalma siyasətinə qayıtdı və mart ayında göstərici fevral ayına nisbətən 12,58 milyard dollardan 3,85 milyard dollara qədər dəyişdi. Aprel ayında əks qərar qəbul edildi - investisiyaların sayı qısamüddətli istiqrazlar sayəsində 6,85 milyard dollara qalxdı. May 2020-ci ildə Moskva yenidən investisiyanı 5,39 milyarda endirdi.
Amerika Birləşmiş Ştatlarının digər dövlət kağızlarının sahibləri arasında Yaponiya və Çin də var. Tokio 1,26 trilyon dollar dəyərində ən irisidir. ABŞ-ın dövlət borcuna qoyulan investisiyaların həcmi 1,06 trilyon dollara endirildikdən sonra Pekin liderləri tərk edib.

Rusiya Federasiyası Mərkəzi Bankı qızıl seçir
Lakin Rusiya tərəfi ABŞ istiqrazlarına  pul qoyuluşunun həcmini azaltmır, eyni zamanda ABŞ-ın dövlət borcuna qoyulan sərmayəni digər investisiyalarla əvəz edir. İlk növbədə Rusiya Federasiyası Mərkəzi Bankı qızıl-valyuta ehtiyatını artırır və hər ay təxminən 600 min unsiya qiymətli metal alır. Çünki qızıl ABŞ-ın dövlət borcuna əla alternativ və qlobal iqtisadiyyat və geosiyasi üçün ehtimal olunan mənfi ssenarilərdə müdafiə aktivi olaraq qalır. ABŞ dövlət sənədlərinə qoyulan investisiyaların həcminin azalması Rusiya maliyyə hakimiyyətinin ABŞ dollarının daha da zəifləməsini nəzərdə tutan siyasi qərarı ilə əlaqələndirmək olar.

Qeyd etmək vacibdir ki, qızılın qənaəti və inflyasiya risklərindən daha da qorunması üçün gözəl aktiv kapital olmasına baxmayaraq ABŞ-ın qiymətli kağızlarını qızılla tam əvəz etmək mümkün deyil. Xəzinə kağızları bazarı qızıldan daha geniş olduğundan Rusiya tərəfinin pulla satılan istiqrazlara, başqa dillə desək valyutaya qoyulan sərmayəni artırmaq və ya Avropa Birliyinin bəzi ölkələrinin dövlət istiqrazları bazarlarına keçmək ehtimalı artıracaq. Bunun üçün dünyada müsbət dinamika olması lazımdır. Bu cür ssenari xüsusilə ABŞ-ın geosiyasi ritorikasının dəyişməsi ərəfəsində Demokratik Cozef Baydenin prezident vəzifəsinə gəlməsindən sonra aktuallaşır.

İqtisadiyyat   Baxılıb: 1117   Tarix: 2021-01-27



DİGƏR MARAQLI XƏBƏRLƏR