Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edir- İQTİSADİ TƏSİR

Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edir- İQTİSADİ TƏSİR Rosselxoznadzor dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan edib.

Bəzi təhlilçilərə görə, Rusiyanın belə bir qərar verməsinə səbəb Azərbaycanın Türkiyə ilə dostluğunun onu qıcıqlandırması, digərlərinə görə isə, bu həftə Bakıda keçiriləcək və məğlub Rusiya hərbi avadanlıqlarını nümayiş olunacağı Zəfər paradıdır. Belə fikir səsləndirənlərin də öz haqlı arqumentləri var. Axı Rusiyanın siyasi münaqişələr zamanı pomidor idxalı qadağasından istifadə etməsi yenilik deyil - Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya lideri Vladimir Putin arasında münasibətlər gərginləşdiyi zaman Rusiya Türkiyədən pomidor alışına qadağa qoymuşdu.

Rusiya Federasiyasının dövlət orqanları isə məsələnin sırf fitosanotar məsələlərlə əlaqdar olduğunu və qadağanın tətbiqinin Azərbaycan məhsullarında davamlı olaraq Cənubi Amerika pomidor güvəsi və şərq güvəsi kimi zərərvericilərin aşkarlanmasıyla izah edilir. Belə ki, Rosselxoznadzor oktyabr ayının sonunda Azərbaycandan bitki məhsullarının tədarükü ilə bağlı vəziyyətdən narahatlığını bildirir.

Rus perakəndəçileri Azərbaycandan olan pomidorları başqa ölkələrin məhsulları ilə əvəz etmək imkanlarını nəzərdən keçirirlər. Pərakəndə Şirkətlər Birliyi (Rusiyanın ən böyük pərakəndə şəbəkələrini birləşdirən AKORT) vaxt məhdudiyyətlərinin tətbiq olunduğu şərtlərdə, pərakəndə satış zəncirlərin öz alışlarını digər təchizatçılara yönəldiləcəyini bəyan etdi. Məsələn elə təkcə Rusiyanın özündə 2020-ci ildə tərəvəz məhsulunun istehsalında məhsuldarlığın 14 milyon tonu keçməsi planlaşdırılır və qış istixanalarında məhsul rekordu gözlənilir - 1,3 milyon ton. 

Lakin məhdudiyyətlər təkcə Azərbaycandan deyil, ümumiyyətlə digər ölkələrdən də təchizat məhdudlaşır. Belə ki, məhsullarda pepino mozaika virusunun aşkarlanmasıyla əlaqədar olaraq 11 dekabrdan etibarən Türkiyənin Antalya və İzmir vilayətlərindən, həmçinin Özbəkistanın Kaşkadarya bölgəsindən və 14 dekabrdan etibarən isə Ermənistanın Armavir bölgəsindən pomidor və bibər idxalı gətirilməsi qadağan edilir.

Xatırladaq ki, Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federasiyası Federal Gömrük Xidmətinin (FCS) məlumatlarına görə 2019-cu ildə Azərbaycandan Rusiyaya təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9% -i) təşkil edib - ölkə tədarük həcminə görə birinci yerdədir.

Ötən il Rusiyaya Azərbaycan alma, armud və heyva idxalı 91.113 min ton təşkil etmişdir (ümumi tədarük həcminin 9.7%, Moldova, Serbiya və Argentinadan sonra dördüncü yer).

Rusiya bu cür addımları əvvəllər də atıb. Odur ki, ən optimal variant odur ki, Azərbaycan yeni bazarlar tapmalı, Avropa bazarlarına çıxmalı, çoxşahəli ixracat modelinə keçməlidir.

İqtisadiyyat   Baxılıb: 1136   Tarix: 2020-12-10



DİGƏR MARAQLI XƏBƏRLƏR