Rusiya Hollandiya ilə vergi razılaşmasını ləğv edir

Rusiya Hollandiya ilə vergi razılaşmasını ləğv edir Rusiya Maliyyə Nazirliyi, Hollandiya ilə ikiqat vergitutmanın qarşısının alınmasına dair müqavilənin ləğvi proseduruna başlayır.

Rusiya Maliyyə Nazirliyi, Hollandiyaların Maliyyə Nazirliyi ilə dividendlər və faizlər üzrə tutulan verginin 15% -ə qaldırılması baxımından ölkələr arasında ikiqat vergitutmanın qarşısının alınmasına dair razılaşmaya dəyişiklik edilməsi üçün xeyli müddət idi ki, danışıqlar aparırdı. Belə ki, Maliyyə Nazirliyi Hollandiya tərəfinə əvvəllər razılaşdırılmış şərtlərə Rusiyanın  Kipr, Lüksemburq və Malta ilə razılaşdırdığı kimi  bənzər əlavə şərtləri təklif edirdi, lakin uzun sürən danışıqlar baş tutmadı və nəticəsiz qadı.

Rusiya Maliyyə Nazirliyinin açıqlamasına görə, Rusiya ilə Hollandiya arasındakı razılaşma dövründə bir çox rus şirkəti bu yurisdiksiyadan istifadə edərək Hollandiyaya faiz və dividend ödəmələri şəklində əhəmiyyətli dərəcədə pul kütkəsi, maliyyə daşıyıb. Beləliklə, 2017-ci ildə bu cür ödəmələrin həcmi 457 milyard rubldan, 2018-ci ildə 412 milyard rubldan çox və 2019-cu ildə 339 milyard rubldan çox olmuşdur.

 

İqtisadiyyat   Baxılıb: 1049   Tarix: 2020-12-08



DİGƏR MARAQLI XƏBƏRLƏR