Rusiya qızıl almaqda davam etməyə pulu yoxdu, vəziyyət pisləşir?

Rusiya qızıl almaqda davam etməyə pulu yoxdu, vəziyyət pisləşir? Rusiyanın qızıl idxalına strateji mənada böyük ehtiyac var. Lakin 1 Aprel 2020-ci ildən bəri, Rusiya Bankının Rusiya qızılının alınmasını dayandırdığını söyləmişdir. Belə bir addım nəinki heç vaxt atılmamalı idi, əksinə, iqtisadiyyatın xarici valyutalardan asılılığını zəiflətmək üçün qiymətli metalların alış tempini və həcmini artırmaq lazımdır.

Əgər rusiyanın dövlət qızıl ehtiyyatları kifayət qədər varsa belə, yenədə rusiya qızıl alışını həyata keçirib onu daxili bazarda satışa şıxara bilərdi. Əslində Rusiyada sarı metal üçün o qədər də böyük daxili bazar yoxdur. Qızıl alışının dayandırılması Rusiyanın 40-80 milyard dollar arasında “itirməsi” ilə nəticələndi - bu məbləğ vətəndaşların  “döşəyin altında” saxladıqları puldur, hansıki sarı metala yatırım edə bilərdilər.

Ancaq Maliyyə Nazirliyi, qızılı ilə investisiya əməliyyatlarında ƏDV-ni dəstəkləyən addımlar ataraq xarici valyutanın əlini gücləndirəcək oyunlar oynamağa davam edir.  Rus maliyyə orqanları bu hərəkətini onunla izah edir ki, ƏDV ləğv ediləcəyi təqdirdə dövlət büdcəsi pul itirəcək. Məsələn, Çində ƏDV tamamilə ləğv edilərək sıfırlandı və orada sürətli qızıl hasilatı başladı. Bu illər ərzində Çin sarı metal çıxarmaqda dünyada birinci yerə çıxdı - ildə 500 tona qədər, qızıl mədənçiləri xəzinəyə vergi ödəməyə başladıqları üçün, ölkənin büdcəsi də ciddi şəkildə artdı.

 

İqtisadiyyat   Baxılıb: 1264   Tarix: 2021-02-18



DİGƏR MARAQLI XƏBƏRLƏR